Türkiyə nümayəndələri İrəvanda: Ani körpüsü müzakirə edildi

05.08.2026 13:29     Siyasi reaksiya     238

Avqustun 4-də İrəvanda tarixi Ani körpüsünün bərpası ilə bağlı Türkiyə-Ermənistan işçi qrupunun iclası keçirilib. 

Görüşdə tərəflər 2026-cı il mayın 4-də Ani şəhərindəki tarixi körpünün birgə bərpası ilə bağı İrəvanda imzalanan protokolun əhəmiyyətini vurğulayıblar.

İki ölkə nümayəndələri imzalanmış protokolun tezliklə həyata keçirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəliblər.Globalinfo.az 

Reaksiya.az

Şərhlər