Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR

06.08.2026 16:21     Siyasi reaksiya     212

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün avqust ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Reaksiya.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Yasamal  rayonundakı  1 nömrəli Bakı Tibb Kollecinin  akt zalında baş tutub. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri istismar müddəti bitmiş yaşayış məhəllələrinin söküntüsü, mənzil növbəsi, qurumuş ağacların budanması, yolların təmiri, kanalizasiya lyuklarının vəziyyəti və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.

Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi. İcra başçısı vətəndaş məmnunluğunun təmin etməyin əsas hədəfləri olduğunu vurğuladı. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR
  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR
  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR
  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR
  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR
  • Yasamalın icra başçısı ərazidə sakinlərlə görüşdü - FOTOLAR

 

 

 

Şərhlər