İlham Əliyev bu sazişi təsdiqlədi
10.08.2026 14:00 Siyasi reaksiya 225
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
"Reaksiya.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.










Şərhlər