Yasamal RİH şəhid qızı Nazlının ilk məktəb günündə tək qoymadı - Fotolar
31.08.2026 17:39 Siyasi reaksiya 173
44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Tağıyev Hüseyn Oktay oğlunun övladı Tağıyeva Nazlı bu il ilk dəfə məktəbə qədəm qoyur.
"Reaksiya.az" xəbər verir ki, Dünya Məktəbində birinci sinif şagirdləri üçün təşkil olunan tədbirdə Nazlının da ilk məktəb həyəcanı və sevincinə şahidlik olunub.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov iştirak ediblər.
Şəhid övladlarının daim dövlətin və cəmiyyətin diqqətində olması, onların təhsilinə, gələcəyinə və layiqli vətəndaş kimi formalaşmasına göstərilən qayğı xüsusi əhəmiyyət daşıyır.







Şərhlər