"Hazırda regionda yeni vəziyyət formalaşıb" - Ermənistan Prezidenti

05.09.2026 15:06     Siyasi reaksiya     169

"Ermənistan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir".

"Reaksiya.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

O, qonşu ölkələrlə birgə regional proqramların həyata keçirilməsinin zəruriliyindən danışıb və bu addımların regionda uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcəyini bildirib.

Ermənistan Prezidenti vurğulayıb ki, hazırda regionda yeni vəziyyət formalaşıb, sülh və əməkdaşlıq üçün zəruri olan imkanlar, istək və hazırlıq mövcuddur.

Şərhlər