İcra başçısı Yasamal sakinləri ilə görüşüb, problem və qayğılarını dinlədi - FOTOLAR

11.09.2026 16:01     Siyasi reaksiya     153

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda sentyab ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Reaksiya.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında təşkil olunub. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin aidiyyəti dövlət qurumlarının və xidmət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılması, problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi və vətəndaş məmnunluğunun təmin olunması dövlət idarəçiliyində əsas prioritetlərdəndir.

Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olundular.Qəbul zamanı sakinlər tərəfindən əlillərin mənzil növbəsinə alınması, dövlət ehtiyacları üçün satın alınan ərazilərdə kompensasiya məbləği, himayədarlıq, vətəndaşların sosial müdafiəsi, zəbt edilmiş həyatyanı sahələrin boşaldılması və abadlaşdırılması, müalicəyə dəstək, tikinti şirkətləri ilə sakinlər arasında ixtilaflar, bina həyətlərinin abadlaşdırılması, rayon üzrə qeydiyyat, iş və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlər səsləndirilib.

İki saatlıq qəbul zamanı səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sonda Elşad Həsənov bir daha vurğulayıb ki, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılması, onların hüquq və mənafelərinin qorunması Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək və icra prosesi mütəmadi olaraq izləniləcək.

  • İcra başçısı Yasamal sakinləri ilə görüşüb, problem və qayğılarını dinlədi (FOTO)

Şərhlər