Hakan Fidandan sülh müqaviləsi AÇIQLAMASI

15.09.2026 15:13     Siyasi reaksiya     165

“Türkiyə-Azərbaycan əlaqələri sarsılmazdır. Bugünkü səfərim önəmli tarixə təsadüf edib. 108 il öncə bu gün baş verən savaşda həlak olan bütün şəhidlərimizi hörmətlə anıram”.

"Reaksiya.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Fidan diqqətə çatdırıb ki, Azərbaycanla münasibətlər, ortaq layihələr genişlənməkdə, iqtisadi həcm artmaqdadır:

“Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. Qarşıdakı dövrdə imkanları genişləndirməkdə israrlıyıq. Türkiyə hər zaman Azərbaycanın haqlı savaşını dəstəkləyib. Azərbaycan-Ermənistan arasında sülh əldə olunanda bölgədə yeni imkanlar yaranacaq. Türkiyə bu məsələdə açar rolunu oynamaqda davam edəcək”.

Şərhlər