Merzin Kiyev səfəri ölkəsində tənqidlə qarşılandı

04.10.2026 18:12     Siyasi reaksiya     177

"Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel kansler Fridrix Merzin Kiyevə səfərinə etiraz edib.

"Reaksiya.az" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Merz Almaniyanın milli bayramı günü Ukraynaya gedir. Ölkəmizin pensiya fondları və tibbi sığorta kassalarında çatışmayan, eyni zamanda ölkənin ən ciddi enerji böhranı yaşadığı bir vaxtda alman vergi ödəyicilərinin pullarından əlavə milyardlar vəd edir. Bütün bunları artıq təsəvvür etmək belə mümkün deyil”, – deyə Vaydel qeyd edib.

Xatırladaq k, oktyabrın 4-də Merz və Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxe gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə gediblər.

Şərhlər