Azərbaycan və Ermənistan nümayəndələri QORİSDƏ GÖRÜŞDÜ: TRIPP layihəsi üzrə müzakirə
08.10.2026 17:31 Siyasi reaksiya 325
Ermənistan Respublikasının Qoris şəhərində Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə mühüm texniki görüş keçirilib.
"Reaksiya.az" xəbər verir ki, oktyabrın 8-də baş tutan danışıqlar TRIPP (Mərkəzi Dəhliz / Regional İnteqrasiya və Nəqliyyat) layihəsi çərçivəsində elektrik xətlərinin çəkilməsi məsələlərinə həsr olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaydığı rəsmi məlumata görə, görüş əsnasında tərəflər elektrik ötürücü xətlərinin çəkilişi ilə bağlı texniki detalları geniş təhlil edib və bu istiqamətdəki müvafiq aspektlər üzrə fikir mübadiləsi aparıblar.
Danışıqlarda əsas diqqət iki ölkənin aidiyyəti strukturları arasında işlərin effektiv koordinasiya edilməsinə və nəzərdə tutulan layihənin sürətləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsinə yönəlib.
Mütəxəssislər regional enerji infrastrukturunun bərpası və inteqrasiyası istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıblar.










Şərhlər