Yasamalın icra başçısı şəhidlərin il mərasimlərində iştirak edib - FOTOLAR
14.10.2026 14:54 Siyasi reaksiya 156
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidləri Nəcəfov Yusif Nadir oğlunun və Mustafayev Nurlan Ağa oğlunun il mərasimləri keçirilib.
"Reaksiya.az" xəbər verir ki, mərasimlərdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.Qeyd olunub ki, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların göstərdikləri şücaət və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!









Şərhlər