Rəsmi Tehran Azərbaycana təşəkkür etdi

15.10.2026 16:28     Siyasi reaksiya     186

Tehran AQEM-in Bakıda keçirilən sammitinin təşkilinə və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş səylərinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirir.

Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, AQEM-in sammiti Asiyanın bir sıra mürəkkəb təhlükəsizlik təhdidləri ilə üzləşdiyi bir dövrdə keçirilir:

"Regionda həllini tapmamış böhranlar təhlükəsizliyin təmin edilməsinə dair mövcud yanaşmalara yenidən baxılmasını və Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsini heç vaxt olmadığı qədər zəruri edir".

Şərhlər