Ərdoğan sonuncu dəfə prezidentliyə namizəd olacaq - Tarix açıqlandı

15.10.2026 16:51     Siyasi reaksiya     183

Türkiyədə növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum onun növbəti seçkidə də namizəd olacağını bildirib.

"Reaksiya.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Uçum seçkilərin vaxtı ilə bağlı açıqlama verib.

O, növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsinin böyük ölçüdə dəqiqləşdiyini qeyd edib.

Uçum Ərdoğanın namizədliyi ilə bağlı isə bunları deyib:

“Növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsi böyük ölçüdə dəqiqləşib. Prezident Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə sonuncu dəfə namizəd olacaq”.

Qeyd edək ki, seçkilərin dəqiq tarixi ilə bağlı rəsmi qərar barədə məlumat açıqlamada yer almayıb.

Şərhlər