Paşinyan azərbaycanlı çobandan danışdı

22.10.2026 14:22     Siyasi reaksiya     191

“Həmin şəxs sərhədi keçib, hərbçilər onu aşkar ediblər və Milli Təhlükəsizlik Xidmətinin orqanlarına təhvil veriblər”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərzisinə keçən azərbaycanlı çoban Qasımov Yaşar Əli oğlu ilə bağlı jurnalistin sualını cavablayarkən deyib.

“Onu görəndə nə etməli idilər, atəş açıb öldürməli idilər? Problem nədir? Görüblər ki, bir insan piyada gəlir, onu saxlayıb Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Yəni onu Respublika meydanından tutub gətirməyiblər. O sərhədi keçib və indi biz onu geri qaytarmalıyıq”, — deyə Baş nazir bildirib.

Şərhlər