8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyətinin nümayəndələri üçün “44” bədii filminin nümayişi keçirilib.

"Reaksiya.az" xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filmin nümayişi iştirakçılar tərəfindən maraqla qarşılandı. Şəhid ailələrinin üzvləri və qazilər 44 günlük Vətən Müharibəsində parlaq tarixi zəfərə görə Ali Baş Komandan cənab İlham Əliyevə böyük minnətdarlığını ifadə etdilər.Tədbir iştirakçıları filmin yaradıcı heyətinə xüsusi təşəkkürlərini də bildirdilər. Tədbir Zəfər tariximizin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və qəhrəmanlıq salnaməmizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.