"Milli Məclis danışmaqxana deyil" - Sədrdən deputata ETİRAZ
17.11.2026 14:08 Siyasi reaksiya 237
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran çıxış edərkən öncə etirazını çatdırıb.
"Reaksiya.az"-ın məlumatına görə, deputat etirazını bu şəkildə ifadə edib:
“Mənim haqqımı heç kim ala bilməz! Bəziləri yerlərdən deyir ki, “3-5 dəqiqə”. Qardaş, danışmaq istəmirsən, danışma! Başqalarına niyə yol göstərirsən? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz!”
Spiker Sahibə Qafarova deputatın fikirlərinə iradını bildirib:
“Bura “danışmaqxana” deyil. Parlament etikasından və leksikasından istifadə edin! Reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi”.
Daha sonra spiker Səyyad Arana danışmaq üçün imkan yaradıb:
“Ürəyiniz nə qədər istəyirsə, danışın”.
S.Aran çıxış etdikdən, seçicilərinin problemləri barədə hökumət üzvlərinə xitab etdikdən sonra spiker onun 10 dəqiqə danışdığını xatırladıb:
“Səyyad müəllim, hörmət etdik sizə, ağsaqqal adamsınız. Düzdür, məndən 2-3 yaş böyüksünüz”.







Şərhlər