Tarixi görüşdə sülh haqqında bəyannamə qəbul etdilər
19.11.2026 15:46 Siyasi reaksiya 232
Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin prezidentləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçirilən üçtərəfli sammitin yekununda “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı sənəd qəbul edilib.
“Reaksiya.az” xəbər verir ki, bəyannamə ümumilikdə 4 bənddən ibarətdir.
Sənədə əsasən, Rusiya və ABŞ liderləri sözügedən tarixi üçtərəfli sammitin təşkilinə və keçirilməsinə görə Çinə minnətdarlıqlarını bildiriblər:
“Dövlət başçıları hazırkı beynəlxalq vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasına sadiqliklərini ifadə ediblər.
1. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi, beynəlxalq sülh və təhlükəsizlik sahəsində özünün fundamental missiyasına uyğun fəaliyyət göstərməsi məqsədilə təşkilatda islahatların aparılmasına sadiqliklərini bəyan ediblər.
2. Hər üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar stabil enerji tədarükünün vacibliyini təsdiqləyiblər.
3. Hər üç dövlətin başçısı dövlətlərin razılığı prinsipinin və dövlətlərin rəsmi şəxslərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət kəsb etdiyini qeyd edir, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu hesab edirlər.
4. Hər üç dövlətin başçısı təsdiqləyiblər ki, nüvə müharibəsində qalib ola bilməz və o, heç vaxt başladılmamalıdır. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq”.







Şərhlər