Prezident sərəncam imzaladı - Seçki ilə bağlı

28.08.2015 14:29     Siyasi reaksiya     2231

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin".

Şərhlər