Oqtay Əsədov ABŞ-a gedəcək

28.08.2015 17:56     Siyasi reaksiya     2479

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da ABŞ-ın Nyu-York şəhərinə yola düşəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə mulumat Milli Məclisdən  verilib. 

Məlumata görə, tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, parlamentlərin işində gender bərabərliyinin təşviqi, parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Oqtay Əsədovunun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.

Şərhlər