Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub

29.08.2015 00:18     Siyasi reaksiya     2153

Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.

Reaksiya.az-ın məlumatına görə, axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını  təqdim edən baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya  iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.

 

63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:

Baş nazir- Əhməd Davudoğlu

Baş nazirin müavini- Numan Kurtulmuş

Baş nazirin müavini- Tuğrul Türkeş

Baş nazirin müavini- Cevdet Yılmaz

Baş nazirin müavini- Yalçın Akdoğan

Daxili işlər naziri – Səlami Altınok

Xarici işlər naziri- Firidun Sinirlioğlu

Elm və sənaye  naziri- Fikri Işık

İnkişaf naziri  –Müslim Doğan 

İqtisadiyyat naziri- Nihat Zeybəkçi

Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə

Gənclik və idman naziri- Akif Çağatay Kılıç

Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu

Milli təhsil naziri- Nabi Avcı

AB naziri- Ali Haydar Konca

Nəqliyyat, dənizçilik, kommunikasiya naziri - Firidun Bilgin

Ədliyyə naziri-Kənan  İpək

Maliyyə naziri-Məhmət Şimşək

Səhiyyə naziri- Məhmət Müəzzinoğlu

Gömrük və ticarət naziri- Cənab Aşçı

Mədəniyyət və turizm naziri- Yalçın Topçu

Enerji naziri- Əli Rza Alaboyun

Milli müdafiə naziri- Vəcdi Könül

Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan

Əmək və sosial təminat naziri- Əhməd Ərdəm

Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu

 

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun  xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan  Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.

 

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını  (HDP)  isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.

Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.

Şərhlər