Nyu-York görüşü olmayacaq

29.08.2015 02:34     Siyasi reaksiya     1897

ATƏT-in Minsk Qrupunun həmsədrləri, o xüsusda Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünü təşkil edə bilməyiblər. Reaksiya.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, təmas xəttində situasiyanın kəskinləşməsi fonunda həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü hazırlayırlar.
 
BMT Baş Məclisinin sessiyası gələn ayın sonunda öz işinə başlayacaq. Sessiyada Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı gözlənilir.
 
Xatırladaq ki, vasitəçilər prezidentlərin görüşünü aylar idi ki, hazırlayırdılar.

Şərhlər