“Qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram” - İlham Əliyev

29.08.2015 15:55     Siyasi reaksiya     2523

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç, Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir. Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram”.

Şərhlər