"Əli Kərimli zatən tükənmiş birisidir"

29.08.2015 16:25     Siyasi reaksiya     3107

AXCP getdikcə parçalanır, partiya daxili narazıların sayı günbəgün artır. Ötən həftə də bir qrup partiya üzvü Əli Kərimli ilə yollarını ayırdıqlarını elan etdilər. Lakin onlar partiyadan ayrılmayacaqlarını və haqlarını sona qədər müdafiə edərək Əli Kərimlinin partiya daxilində yaratdığı diktatura rejiminə qarşı çıxacaqlarını bildirdilər. Bu ayrılmalar özü ilə bərabər bir neçə sual doğurdu. Həmin sualların cavabını dəfələrlə aqressiv “cəbhəçilər”in hüzuruna məruz qalmış Azər Həsrət cavablandırıb.

Reaksiya.az-a eksklüziv açıqlamasında CASCFEN-in sədri Azər Həsrət “cəbhəçilər”in ona qarşı təhqir kampaniyasının hazırda da davam etdiyini bildirib: “Birincisi, heç vaxt onların partiyasının üzvü olmasam da onların mənə qarşı təhqir kampaniyası bu gün də davam edir. İkincisi də, əgər kimsə təhqirə keçirsə, cılız adamdır, dayaz və bacarıqsızdır. Ona görə də arqumentsizlik üzündən başqalarına çamur atırlar”.

Azər Həsrət Razi Nurullayevə qarşı səslənən iddalara da münasibət bildirib: “Razi bəy intellektual imkanlarına görə onlardan qat-qat yüksəkdə duran birisidir. Təbii ki, qaragüruh belə adama ancaq çamur ata bilər ki, onlar da onu edirlər. Çünki bacardıqları tək şey budur. Anlayırlar ki, bunu da əldən versələr, özlərini başqa heç yerdə realizə edə bilməyəcəklər”.

Azər Həsrət həmçinin, məğlubiyyəti qəbul etməyin zamanı olduğunu da vurğulayıb: “Bunlar artıq tükənmiş, bitmiş siyasi kölgəyə çevriliblər. Ona görə də 3-5 nəfər yarım qafalı gənci aldadaraq başqalarını söydürməklə məşğuldurlar. Halbuki, mən olsaydım, çoxdan gücsüzlüyümü etiraf edər və meydandan abırlı bir şəkildə çəkilərdim. Əli Kərimli zatən tükənmiş birisidir. İstər çəkilsin, istər çəkilməsin, bu, heç nəyi dəyişən deyil”. 

Şərhlər