"Düşmən qardaş"a böyük gözdağı
30.08.2015 12:04 Siyasi reaksiya 2549
"Düşmən qardaş" Şimali Koreyanın mümkün hücumundan çəkinən Cənubi Koreya tarixinin ən böyük hərbi təlimini keçirib.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ ilə birgə təşkil olunan təlimdə əsil güllələr istifadə edilib. Təlimdə 2 min əsgər, 100 tank, 45 vertolyot, 42 döyüş təyyarəsi iştirak edib.
Cənubi Koreyanın Yapon işğalından qurtuluşunun 70-ci ilinə həsr olunan təlimdə Şimali Koreyadan gələcək mümkün hücuma qarşı hazırlıq keçirilib.
Təlimi izləyən Cənubi Koreya dövlət başçısı Park Guen-hye, "Bu təlimdə Şimali Koreyadan gələ biləcək hər hansı bir təhdid qarşısında birlikdə hərəkət etməyi öyrənirik" - deyib.
Təlim Cənubi və Şimali Koreya arasında gərginliyin artdığı bir dövrə də təsadüf edib.
Cənubi Koreya sərhəddində partlayan minanın Cənubi Koreyalı əsgərləri yaraladıqdan sonra iki ölkənin hərbi qüvvələri hərəkətə keçərək qarşılıqlı atəş açıb.
Şərhlər