Rəsmilərə 3 gün möhlət verdilər
30.08.2015 12:15 Siyasi reaksiya 2519
Sosial mediada başladılan "qoxunuz çıxdı" kampaniyasına rəhbərlik edən minlərlə Livanlı paytaxtın Şüheda və Riyad əs-Sülh meydanlarında toplaşıb. Beyrutlular rəsmilərə tələblərinə cavab vermək və ölkədəki siyasi, iqtisadi və sosial problemləri həll etmələri üçün üç gün möhlət verərək aksiyaları dayandırıb.
Ölkə tarixinin ən böyük aksiyası olan etirazlara qatılan 23 yaşlı Xani Əbu Hamdan deyib ki, bu siyasətçilərdən yaxa qurtarmaq üçün inqilab istəyir. Həmdan ölkədə gündəlik həyatı çətinliyə salan problemlərə diqqət çəkib: "Hakimiyyəti istəyirik. Su istəyirik. Küçələrdə zibil görmək istəmirik. Bu siyasətçilər artıq getsin".
Nümayişçilər "siyasi korrupsiya", "xalq rejimin dəyişməsini istəyir", "xalq korrupsiya rəhbərliyinin dəyişməsini istəyir" və "hamınız eynisiniz" şüarları ataraq prezident seçkilərinin keçirilməsinə dəvət edib.
Livan Parlamentindəki prezident seçkisi, kifayət qədər çoxluq olmadığına görə bir ildən çox müddətdir ki, 27 dəfə təxirə salınıb.
Paytaxtda məişət tullantılarının 1 aydan artıqdır ki, toplanmır. Buna görə də sosial media üzərində "qoxun çıxdı" şüarı bir araya gələn minlərlə insan, bir həftədir ölkədəki "korrupsiya və zibil probleminə" etiraz üçün mitinqlərə başlayıb.
Şərhlər