Nüvə proqramı rəsmi təsdiq ediləcək

30.08.2015 12:40     Siyasi reaksiya     2762

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Reaksiya.az xəbər verir ki, prezident Qərb dövlətləri ilə İranın nüvə proqramına dair əldə etdiyi razılaşmanın ölkə parlamentindən əlavə Milli Təhlükəsizlik üzrə Ali Şurada da təsdiq (ratifikasiya) olunacağını bəyan edib.

H. Ruhani bildirib ki, İran ilə danışıq aparan Qərb dövlətləri hələlik razılaşmanı parlamentlərinə təqdim etməyiblər: "Heç bir dövlətin parlamentində bu məsələ müzakirə edilərək təsdiq olunmayıb ki, İran parlamenti də bundan nümunə götürərək razılaşmanı müzakirə etsin".

İran prezidenti razılaşmanın tərəflər üçün faydalı olduğunu nəzərə çatdıraraq ölkəyə investisiya qoyulacağını və iqtisadiyyatın inkişaf edəcəyini vurğulayıb.

Şərhlər