İranın nüfuzlu din xadimi Bakıya gəlir

30.08.2015 14:56     Siyasi reaksiya     2219

İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfər edəcək. 

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə avqustun 31-dən sentyabrın 4-dək davam edəcək səfər çərçivəsində Bakı, Şamaxı və Gəncə şərlərinin din xadimləri ilə görülər keçiriləcək. Bundan başqa, Ayətullah Hüseyn Nuri Həmədani Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər və Bibi-Heybət məscidlərində olacaq, Təzəpir məscidində isə namaz qılacaq.

Səfər çərçivəsində, həmçinin Şamaxı Cümə məscidinin, Gəncədə Nizaminin məqbərəsinin və Şah Abbas İmamzadə Kompleksinin ziyarət ediləcəyi də nəzərdə tutulub.

Şərhlər