Rusiya ABŞ-ı geridə qoydu

30.08.2015 15:45     Siyasi reaksiya     2618

Arktika bölgəsində yerləşən yeraltı sərvətlər və yeni ticarət yolları uğrunda böyük dövlətlərin bir-biri ilə girdiyi rəqabət “soyuq müharibə"ni xatırladır.

Reaksiya.az New York Times-a istinadən xəbər verir ki, amerikalı mütəxəssislər ABŞ-ın bu rəqabətdə başda Rusiya olmaqla bir çox dövlətlərdən geridə qaldığı qənaətindədirlər. Araşdırmada Alyaskanın sahil təhlükəsizlik qüvvələrinin həm Berinq boğazını izləmək, həm də regionda balıqçılıq fəaliyyətlərini idarə etmək üçün yetərli gəmiyə malik olmadığı bildirilir.

Regionun təhlükəsizliyini təmin etmək üçün investisiya qoyulması vacib olsa da, ancaq siyasi mübahisələr, büdcə məhdudiyyətləri və bürokratiya səbəbindən illərdir investisiya qoyulmadığı qeyd olunur. Rusiyanın regiondakı nüfuzuna diqqət çəkən qəzetRusiyanın Arktikada 10 axtarış - xilasetmə stansiyası quraraq hərbi qüdrətini artırdığını, Sovet dövründən qalma bazaları yenidən aktiv hala gətirdiyini xüsusi vurğulayıb.

Alyaskadakı 2 briqadasını geri çəkən ABŞ Donanması isə Arktikada yetərli əməliyyat təcrübəsinə malik olmadığını etiraf edir. Rusiya öz növbəsində regiondakı qitə dəhlizinin genişləndirilməsi üçün BMT-yə ərizə verib. ABŞ Sahil Təhlükəsizliyinin keçmiş komandiri Robert Papp Vaşinqtonun Arktikadakı bu yarışa daxil olmadığını vurğulayıb. Rusiyanın gördüyü işlərin ABŞ tərəfindən aparılmasını istədiyini qeyd edən Papp daha öncə soyuq müharibə dövründə SSRİ kosmosa peyk göndərəndə, ABŞ-ın əli qolu bağlı oturmadığını yada salıb.

 

Şərhlər