Allahşükür Paşazadə Xamneyini Bakıya dəvət etdi

01.09.2015 14:59     Siyasi reaksiya     2002

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ali dini lideri Seyid Əli Hüseyni Xamneyini Azərbaycana səfərə dəvət edib.

Reaksiya.az  APA-ya istinadən xəbər verir ki, A. Paşazadə bunu Azərbaycanda səfərdə olan İranın tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ilə QMİ-də keçirilən görüşdə bildirib. 

O qeyd edib ki, Nuri Həmədanidən bu arzusunu ağayi Xamneyiyə çatdırmasını xahiş edib: “Seyid Əli Hüseyni Xamneyini Azərbaycanda görmək mənim və biz dindarların arzusudur və bu arzu ilə onu bura dəvət edirik”.

 

Şərhlər