Bu nazirlər vəzifədən azad edildi - SİYAHI

01.09.2015 15:10     Siyasi reaksiya     3637

Gürcüstanın Xarici İşlər naziri və İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirləri dəyişdirilib. 

Reaksiya.az ANS PRESS-ə istinadən məlumat verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə Xarici İşlər və İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri vəzifələrinə yeni nümayəndələrin təyin edildiyini deyib.

Belə ki, bu gündən etibarən, Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili vəzifədən azad edilib. Onun yerinə bu vəzifəni Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək. 

Qeorqi Kvirikavaşvili - Gürcüstanın sabiq İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri

Sabiq xarici işlər naziri artıq baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.
Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu.

Tamar Beruçaşvili - Gürcüstanın sabiq xarici işlər naziri

Bu gündən başlayaraq, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Tiflisin vitse-meri olan Dmitri Kumsişvili olacaq.

Kumsişvil cari ilin martında Tiflisin vitse-meri vəzifəsinə təyin edilib. Daha əvvəl o, Gürcüstanın iqtisadiyyat nazirinin birinci müavinini vəzifəsini tuturdu. Kusmişvili, həmçinin, dövlət əmlakının Milli agentliyinə də rəhbərlik edib. Peşə üzrə o, iqtisadçıdır. Onun dövlət və şəxsi şirkətlərdə çoxillik iş təcrübəsi var.

Dmitri Kumsişvili - Gürcüstanın yeni iqtisadiyyat və dayanıqlı inkişaf naziri

Şərhlər