Azərbaycanda səsvermə oktyabrın 25-də keçiriləcək - SƏBƏB
01.09.2015 16:34 Siyasi reaksiya 2131
Türkiyənin Ali Seçki Şurası 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı xarici ölkələrdə keçiriləcək səsvermənin tarixlərini açıqlayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda səsvermə oktyabrın 25-də keçiriləcək. Səsvermə ilə bağlı dünyanın 54 ölkəsində yerləşən 112 nümayəndəlikdə səsvermə məntəqəsi yaradılacaq. Azərbaycanda səsvermə 3 yerdə - Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvan şəhərlərindəki baş konsulluqlarda keçiriləcək.
Ümumilikdə xarici ölkə vətəndaşları üçün səsvermə 8-25 oktyabr tarixlərində baş tutacaq.
Şərhlər