Politoloq: “Bu gün ABŞ tərəfindən edilən təzyiqlər Azərbaycanı tərəfə çevirməyə yönəlib”

10.06.2015 14:18     Siyasi reaksiya     1868

Bu fikirləri Reaksiya.az saytının “Bu gün Amerikanın və Rusiyanin bölgədəki maraqları konteksində Azərbaycan hansı siyasi izləməlidir” sualına cavab verərkən politoloq Aqil Məmmədov bildirb. O, bildirib ki, Azərbaycan bütün tərəflərlə eyni hüquqi statusa malik münasibətlərə malikdir: “Bu gün Azərbaycanın xarici siyasət xətti Ümummilli lider tərəfindən müəyyən edilən xətdir. Yəni Azərbaycan bütün ölkələrlə tərəfdaşlıq siyasəti qurur və Azərbaycan kimsəyə qarşı hansısa cəbhədə çıxış etmir. Məhz bu siyasi xəttin nəticəsidir ki, artıq Azərbaycan regionun aparıcı dövlətinə çevrilməklə yanaşı, bütün tərəflərlə eyni hüquqi statusa malik münasibətlərə malikdir. Bu gün, regionda həm Ermənistan, həm də Gürcüstan xarici münasibətdə tərəfdirlər, biri Rusiyanın, digərisi isə ABŞ-ın tərəfindədirlər. Yalnız Azərbaycan həm ABŞ, həm də Rusiya ilə tərəfdaşdır və ümumi maraq kəsb edən məsələlərdə hər iki ölkə ilə eyni səviyyədə münasibət qura bilir. Bu gün ABŞ tərəfindən edilən təzyiqlər də Azərbaycanı tərəfə çevirməyə yönəlib. Yəni ABŞ Azərbaycanın Rusiya qarşı bir tərəf olmasını istəyir. Bu gün Azərbaycan geosoyasətin obyektindən subyektinə çevrilməyi başaran bir ölkə haləna gəlib. Bu isə onun tərəf deyil bitərəf xarici siyasət yürütməsinin nəticəsində mümkün olub. Ona görədə hesab edirəm ki, Azərbaycan ABŞ Avropa və Rusiya arasında gedin münaqişədə heç bir tərəfdə mövqe tutmamalı, tərəf olmamalıdır. Azərbaycan bitərəf olaraq öz statusunu möhkəmləndirməlidir”.

 

Zaur

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar