Artıq 25 nəfər deputatlığa namizədliyini irəli sürdü
02.09.2015 16:33 Siyasi reaksiya 2002
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində artıq 25 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Reaksiya.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov qeyd edib ki, seçkilərin daha aktiv keçməsi gözlənilir. Onun sözlərinə görə, bu dəfə seçkilərdə daha çox partiyanın və namizədin iştirak etməsi gözlənilir.
İclasda, həmçinin daha üç siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, Ümid Partiyası 37, Azərbaycan Demokratik İslahatlar Partiyası 6, Böyük Qurtuluş Partiyası isə 12 səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün MSK-ya müraciət edib.
Şərhlər