MSK sədri xəbərdarlıq etdi

02.09.2015 16:47     Siyasi reaksiya     2079

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda siyasi partiyalara xəbərdarlıq edib.

Reaksiya.az Trend-ə istinadən məlumat verir ki, M.Pənahov bildirib ki, siyasi partiyalar daha diqqətli olmalı və təşviqat kampaniyasına vaxtından əvvəl başlamamalıdırlar.

M.Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

MSK sədri vurğulayıb ki, Təqvim Planında göstrərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparılmamalıdır, çünki bu, qanun pozuntusu hesab edilir. Bu baxımdan M.Pənahov siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.

Şərhlər