Bu partiya da namizədlərini müəyyənləşdirdi

02.09.2015 17:16     Siyasi reaksiya     1922

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Ali Məclisinin yığıncağı keçirilib.

Reaksiya.az  APA-ya istinadən məlumat verir ki, iclasda MDHP-nın seçkilərdə iştirakı, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrinin seçilməsi, namizədlərin ilkin siyahısının təsdiqi və digər məsələlər müzakirə edilib.

Beşinci çağırış Milli Məclisə keçiriləcək seçkilərdə partiyanın namizədlərinin siyahısı müzakirəyə çıxarılıb və bəzi dəyişikliklərlə qəbul olunub. Namizədlər siyahısında partiyanın sədri Fərəc Quliyev, Yazıçılar Birliyinin üzvü Səfər Alışarlı, professor Ramiz Əsgər, əməkdar artist Ağalar Bayramov və digərlərinin adları var.

Şərhlər