Zakir Fərəcov Sumqayıtın başçısı oldu

02.09.2015 18:18     Siyasi reaksiya     3481

Z.F.Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

 

Z.F.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Zakir Fərəc oğlu Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Şərhlər