Asif Əsgərovun vəzifəsi dəyişdirildi

02.09.2015 18:29     Siyasi reaksiya     2389

A.Y.Əsgərovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Şərhlər