Abşeron RİH-də qadın başçı təyin edildi

02.09.2015 18:40     Siyasi reaksiya     2534

İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Qeyd edək ki, İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin bu gün işdən azad edilən başçısı Zakir Fərəcovun birinci müavini olub.

Şərhlər