Azərbaycan Prezidenti təbrik etdi
02.09.2015 18:51 Siyasi reaksiya 1975
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzzi və Roberto Venturiniyə təbrik məktubu göndərib.
Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri,
San-Marinonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Şərhlər