Qarabağ müharibəsi başlaya bilərmi? - EKSPERT RƏYİ

03.09.2015 12:36     Siyasi reaksiya     2250

İyun ayından İrəvanda "Talana yox!" vətəndaş cəmiyyəti hərəkatının təşkilatçılığı ilə başlayan etiraz aksiyaları zaman keçdikcə iri miqyaslı nümayişlərə çevrildi və demək olar ki, bütün Ermənistanı əhatə etdi. Elektrik enerjisinin qiymətinin bahalaşması səbəbindən qaynaqlanan həmin nümayişlər Ermənistada iqtisadi və siyasi durumun çox acınacaqlı səviyyədə olduğunun göstərici idi.

Zaman keçdikcə həmin mitinqlər öz məcarsından çıxmaqda və daha geniş vüsət almaqdadır. Bu, onun göstəricisidir ki, hökumətlə xalq danışıqlara gedə, razılıq əldə edə bilmirlər. Dünya politoqları bu nümayişlərin arxasında əslində katolik ölkələri və Avropa İttifaqına daxil olan ölkələrin dayandığını iddia edirlər. İddialara görə Ukrayna böhranından sonra həmin ölkələr Rusiyaya qarşı yeni bir cəbhə yaratmaq üçün Ermənistanda Rusiyaya qarşı hərəkat alovlandırıblar. Rusiyanın idarəsinin təsirində olan Ermənistan vasitəsiylə bu hərəkatı bütün Rusiya torpaqlarına yaymağa çalışırlar.

Ermənistandakı nümayişlərin nə ilə nəticələnəcəyi ilə bağlı isə bir çox mülahizələr yürüdülür. Ölkədəki siyasi-iqtisadi durumun daha da acınacaqlı səviyyəyə düşəcəyi təqdirdə dövlət çevrilişinin baş verə biləcəyi də istisna olunmur. Burada Azərbaycan maraqlarına da təsir edə biləcək məqamlar var. Belə ki, Ermənistandakı nümayişlər nəticəsində Qarabağ müharibəsinin yenidən başlanması ehtimalı da danılmazdır.

Reaksiya.az politoloq Elxan Şahinoğlu ilə Ermənistandakı son hadisələri təhlil edib.

O, uzun müddətdir davam edən bu mitinqlərin Ermənistan hakimiyyətini getdikcə zəiflədəcəyini bildirib: “Ermənistan hakimiyyəti ölkədə ciddi islahatlar aparmaq iqtidarında deyil. Bunun üçün imkanları, maliyyə resursları yoxdur. Çünki ölkədə cari və sosial vəziyyət çox gərgindir. Prezident seçkilərinə bu şəkildə gedirlərsə, Ermənistanda böyük təlatümlər yaşanacaq. Bu hadisələr birbaşa ölkənin zəifləməsinə xidmət edir”.

Politoloq nümayişlər nəticəsində Qarabağ müharibəsinin yenidən başlaması ehtimalınına da aydınlıq gətirib: "Əgər mitinqlər daha da genişlənərsə, Sarkisyan  və onun rejimi diqqəti daxili problemlərdən, mitinqlərdən yayındırmaq üçün Qarabağ istiqamətində cəbhə bölgəsində təxribatlar edə bilər. Təbrixatlar zatən indi də var, iki gündür Qazax istiqamətində atəşkəs pozulub. Halbuki Qazaxın Dağlıq Qarabağa aidiyyatı yoxdur. Demək ki, Ermənistan hakimiyyəti narazı xalqın diqqətini cəbhə xəttinə yönəltmək məqsədilə belə təxribatlara artıq əl atır”.

Şərhlər