Erməni gülləsindən yaralanan kənd sakinindən xəbər var

03.09.2015 15:03     Siyasi reaksiya     2020

Xəbər verildiyi kimi, dünəndən başlayaraq Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində yerləşən mövqelərimiz və Əlibəyli kəndi erməni ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.

Nəticədə bir neçə evə ciddi ziyan dəyib, həmçinin, mülki şəxslər arasında yaralının da olduğu deyilir.

Reaksiya.az-ın Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradovdan aldığı məlumata görə həmin yaralı gecə saatlarında xəstəxanaya çatdırılıb.

Onun sözlərinə görə 63 yaşlı Tofiq Kazımov qarın nahiyyəsindən ciddi güllə yarası alıb: “Təcili sürətdə xəstənin qarın boşluğunda əməliyyat apardıq. Hazırda xəstənin sağlamlıq durumu orta ağır olaraq qiymətləndirilir”.

Baş həkim Əlibəyli kəndindəki bu günkü atışmada heç bir mülki şəxsin yaralanmadığını vurğulayıb.

Şərhlər