General Rasim Musayev dəfn olundu

04.09.2015 13:54     Siyasi reaksiya     2462

Ötən gün ürək tutmasından dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, mərhum bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavinləri, idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev ötən gün ürək tutmasından dünyasını dəyişib.

Şərhlər