Müdafiə Nazirliyinin yaranmasından 24 il keçir

05.09.2015 18:07     Siyasi reaksiya     2227

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaranmasından 24 il keçir. 1991-ci il 5 sentyabr tarixində yaradılan Müdafiə Nazirliyinə general-leytenant Valeh Bərşadlı nazir təyin edilib.

Hərbi ekspert Üzeyir Cəfərov həmin dövrlə bağlı xatirələrini Reaksiya.az-la bölüşüb: “Həmin hadisələr mənim gözümün qarşısında baş verib. Çox çətin dövr idi”.

Üzeyir Cəfərov ilk müdafiə naziri Valeh Bərşadlını ölkənin hərb sahəsində ən savadlı generallarından hesab edir: “Mən Valeh Bərşadlını Azərbaycan hərbi sahəsində ən savadlı, ən tanınmış generallardan biri sayıram və  onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olub. O, yeganə azərbaycanlı olub ki, o dövrdə general rütbəsinə layiq görülüb və bədnam Dimitri Yazov, hansı ki, sonralar SSRİ müdafiə naziri oldu, onun tabeliyində olanda Almaniyadakı məhdud olan sovet qoşunlarının tərkibində Yazov V.Bərşadlını onun savadını, bacarığını heç cür həzm edə bilmirdi. Yazovla Valeh Bərşadlı arasında bu səbəbdən çox ciddi münaqişələr vardı. V.Bərşadlı müdafiə naziri təyin olunanda Yazov və əlaltıları ümumiyyətlə istəmirdilər ki, Azərbaycanda belə savadlı general müdafiə naziri olsun. Çox mürəkkəb bir zaman idi.  V.Bərşadlı döyüş bölgəsində müharibəni aparmaq işini təşkil edirdi, həm də müdafiə naziri kimi üzərinə düşən vəzifəsini yerinə yetirirdi”.

Şərhlər