Ordumuz düşmənin kəşfiyyat-təxribat qupunu məhv edib

05.09.2015 23:30     Siyasi reaksiya     1904

Düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib. 

Reaksiya.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Şərhlər