Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edildi

07.09.2015 18:18     Siyasi reaksiya     1844

Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə sentyabrın 7-də iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş zamanı regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Şərhlər