"Dost Makedoniya xalqına sülh və rifah diləyirəm" - İlham Əliyev

07.09.2015 19:04     Siyasi reaksiya     1946

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm".

Şərhlər