ABŞ - ın keçmiş müdafiə nazirindən sərt tənqid - ŞOK İDDİA

11.06.2015 13:58     Siyasi reaksiya     1824

Ramsfeld: İraqda demokratiya fikri həqiqəuyğun deyildi

Donald Ramsfeld müdafiə naziri vəzifəsində çalışdığı keçmiş ABŞ prezidenti Corc W. Buşun 2003 – cü il İraq işğalını tənqid edib. O, bildirib  ki, Buşun dediyi İraqda demokratiyanın bərqərar ediləcəyi fikri o zaman qətiyyən inandırıcı deyildi.

İnsan hüquq müdafiəçilərinin İraqda Əbu Qərib Həbsxanasındakı işgəncələrdən Quantanamoya kimi bir çox hüquq pozuntularından məsul tutduğu ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld İraq işğalıyla bağlı yeni etiraflar edib.”The Times” –a açıqlama verən Ramsfeld kabinetində 2001-2006-ci illərdə müdafiə naziri vəzifəsində çalışdığı Buşun İraq siyasətinin səhv olduğunu bildirib. ABŞ-ın demokratiyasının digər ölkələrə hər zaman uymayacağını müdafiə edən Ramsfeld maraqlı açıqlamalar verib: "Demokratiya nümunələrinin digər ölkələr üçün hər zaman uyğun olduğunu düşünənlərdən deyiləm. İraqda demokratiyanın bərqərar ediləcəyi fikri o zaman qətiyyən inandırıcı deyildi. Bununla əlaqədar sözləri ilk dəfə eşidəndə narahat olmuşdum".

 

Liviya siyasətini də tənqid edib

 

İraq prezidenti Səddam Hüseynin ortadan qaldırılması qərarını müdafiə edən Ramsfeld Liviya prezidenti Müammər Qəddafinin öldürülməsinin isə səhv olduğunu, bunun bölgəni sabitsizliyə gətirib çıxaracağını dilə gətirib.

Ramsfeld İŞİD kimi təşkilatların xəlifəlik elan edərək milli dövlət sistemlərinin yerini almasından narahatlıq duyduğunu və NATO ilə Birləşmiş Millətlər Təşkilatının tərəfdarlarının yaydığı təhdidlə mübarizədə təchizatsız olduğunu da ifadə edib.

İraqın 2003-cü ildəki işğalının ən böyük dəstəkçilərindən biri olan Ramsfeld Buşdan sonra prezidentliyə gələn Barak Obamanın İraq siyasətini də tənqid edirdi.

Şərhlər

Çox oxunanlar