"Mənzil-kommunal təsərrüfatı nə qədər insanları incidir" - İlham Əliyev

08.09.2015 15:21     Siyasi reaksiya     2163

"Dərman preparatlarının bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olduq. Sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib".

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

Prezident qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq – “ASAN xidmət”də".

İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: "İnsanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".

Şərhlər