Türk Keneşi aparıcı Məmurlar Komitəsinin (KMK) toplantısı İstanbulda - FOTOLAR

11.06.2015 16:47     Siyasi reaksiya     1855

Türk Keneşi aparıcı Məmurlar Komitəsinin (KMK) 15 – ci toplantısı  İstanbulda başladı.

Baş katib səfir Ramil Həsənovun başçılığı ilə başlayan yığıncaqda sentyabr ayında Qazaxıstanda həyata keçiriləcək Türk Keneşi V Zirvə toplantısının hazırlıqları, Türk Keneşinin əlaqəli təşkilatlarının qurucu sənədləri ilə yanaşı, Keneşin görəcəyi işlərlə bağlı müzakirələr aparılacaq.

Toplantıda həmçinin, KMK - da Türkiyəni təmsil edən Türkiyə Respublikası Xarici İşlər Nazirliyində Qafqaz və Orta Asiya Regionu Siyasi münaisbətlərindən məsul direktor müavini Hayriye Kumaşçıoğluna Türk Keneşinin işlərinə indiyə kimi göstərdikləri dəstəyə görə təşəkkür edildi və özünə bir xatirə hədiyyəsi verildi.

Şərhlər

Çox oxunanlar