"Abırları olsaydı, Bakıya gəlməzdilər" - Akif Nağı

10.09.2015 16:45     Siyasi reaksiya     1939

Xəbər verildiyi kimi, bu gündən Bakıda şahmat üzrə Dünya Kuboku start götürdü. Dünya Kubokunda 45 ölkədən 128 şahmatçı qələbə uğurunda mübarizə aparacaq. Ölkəmizi bu ilki Dünya Kubokunda  6 şahmatçı təmsil edəcək.

Xatırladaq ki, Dünya Kubokunda iştirak edən şahmatçılar sırasında Azərbaycan Xarici İşlər Nazirliyinin “Qara siyahı”sına salınmış erməni şahmatçılar da var.

"Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif  Nağı bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a deyib ki, erməni şahmatçı Levon Aronyanla yanaşı daha dörd erməni şahmatçı da Azərbaycana gəlib: "ABŞ komandasının tərkibində də 2 erməni var. Və biz bunların hamısını bilirik və bu gün də onların tədbirlər planını izləyirik. Əvvəl normal şəkildə, sivil qaydada müraciət elədik ki, Aronyan, səni və ümumiyyətlə erməniləri Bakıda gözləmirlər, siz işğalçı rejimin nümayəndələrisiniz. Aronyan eyni zamanda Dağlıq Qarabağa qanunsuz səfər edib. Məhz buna görə də o, Azərbaycana buraxılmamalıydı. Hansısa erməniyə görə Azərbaycan qanunları pozulursa, bu, böyük bir faciədir. Bu gün cəmiyyətimizdə hamı gözləyir ki, QAT bu məsələdə hansı addımı atacaq. İndi soruşmaq istəyirəm ki, hanı ağızlarına çullu dovşan yerləşməyən Qarabağ veteranları? Onlarla veteran, əlil, şəhid ailələri, təşkilatları var və hər biri birbaşa bu məsələyə aidiyyati olan təşkilatlardır. Öz sağlamlığını, yaxınlarını itiriən insanlar bu məsələdə mövqe göstərməliydilər. Qarabağla bağlı layihə işləyən təşkilatlar öz fikirlərini ortaya qoymalıydılar.  Biz güman edirdik ki, rus və ingilis dilində yaydığımız məlumatları aldıqdan sonra həmin erməni idmançıların azacıq abırları olsaydı, Bakıya gəlməzdilər. Bu, bir daha onu sübut edir ki, erməni çox abırsız millətdir. Biz öz münasibətimizi sivil qaydada bildirsək də dünya bunu sivil formada başa düşmək istəmir. Təşkilatımızın yenə də aksiyaları, təzyiqləri olacaq, çalışacağıq ki, ermənilər vaxtından əvvəl rədd olub burdan getsinlər”.

Şərhlər