Keçmiş nazir müavininin məhkəməsinin vaxtı bəlli oldu
10.09.2015 17:57 Siyasi reaksiya 1894
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında məhkəmənin baxış iclasının vaxtı sentyabrın 18-nə təyin olunub.
Qeyd edək ki, ötən proses zamanı təqsirləndirilən şəxsin vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edərək cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyi üçün məhkəmə prosesi təxirə salınmışdı.
M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
O, 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Şərhlər